Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Yusif Pezeşkian:Azərbaycana qarşı addımlar atarkən düşünməliyik

7 avqust / 11:10 4 dəq
Download (2)
7 avqust / 11:10
Burada sizin reklamınız ola bilər

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkəsində Azərbaycana qarşı mühafizəkar və radikal qrupların hücumlarına reaksiya verib.

Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu qrupları o, Azərbaycana qarşı addımlar atarkən düşünməyə çağırıb.

“Etdiyimiz işlərin elə nəticələri olur ki, onlardan qaça bilmirik. Biz nəyisə deyəndə və nəyisə ifadə etmək istəyəndə dediklərimizin doğruluğuna inanmaqla yanaşı, öz sözlərimizin nəticələrini də düşünməliyik, nəticələri ölçüb-biçməliyik”, – Pezeşkian bildirib.

“Bəzi platformalarda insanlar bir müddətdir davamlı olaraq “Azərbaycan İsrailə müharibədə kömək edib” iddiasındadırlar. Belə bir iddia irəli sürməzdən əvvəl, ilk növbədə, bu iddianı təsdiq edən hansı sənəd-sübutların olub-olmadığınıə araşdırmalıyıq. Kəşfiyyat və təhlükəsizlik təşkilatları bu haqda məlumat veriblərmi? Azərbaycanda yaşayan iranlılardan rəyləriniz, reportajlarımız varmı? Azərbaycanın İrana qarşı müharibədə İsraili dəstəklədiyini göstərən hansı sübutlar hanı? Təhlükəsizlik qurumları bunu təsdiqləməyib”, – Yusif Pezeşkian qeyd edib.

Prezidentin oğlu Azərbaycanla münasibətlərin gərginləşməsinin İrana faydalı olmadığını qeyd edib:

“Növbəti mərhələdə bu iddianın ölkəmizə hansı fayda gətirə biləcəyini araşdırmalıyıq. Biz Azərbaycanla münasibətlərimizin gələcəyinin gərgin və yorucu olmasını istəyirikmi?

İranın Azərbaycana münasibətində üç ssenari var. Birincisi, Azərbaycanla döyüşmək, ya da Azərbaycanı bizimlə vuruşmağa təhrik etmək istəyirik.

İkincisi, Azərbaycanla məsələmizi həll etmədən iki ölkəni “nə müharibə-nə sülh” şəraitində saxlamaq istəyirik.

Üçüncüsü, qonşu olmaq və fikir ayrılıqlarımıza baxmayaraq birlikdə işləmək istəyirik.

Ölkə rəsmiləri birinci variantı istəmirlər. Çünki bu, ölkənin maraqlarına uyğun deyil. Təəssüf ki, irəli sürülən iddialar ölkəni birinci varianta doğru itələyir. Kimsə deyirsə ki, Azərbaycan müharibədə İsrailə kömək edib, demək, Azərbaycan bizim düşmənimizdir. “Azərbaycan bizim düşmənimizdir” deyəndə, bu o deməkdir ki, onunla mübarizə aparmalıyıq. Ölkə ziyalılarının belə bir niyyəti olduğunu düşünmürəm.

İkinci varianta inananlar da düşünürlər ki, biz Azərbaycanla düşmənik, amma müharibəyə girməyəcəyik. Bu seçim bizim də marağımıza uyğun deyil. Niyə? Çünki kimləsə düşmənçilik etdiyiniz zaman onun sizə qarşı tədbir görməsini gözləmək lazımdır. Müharibə təkcə hərbi müstəvidə olmur. Beynəlxalq forumlarda əleyhinizə səs verəndə, mövqe nümayiş etdirəndə də, bu, müharibə sayılır. Həmçinin, iqtisadiyyata hər cür zərər verəndə…

Üçüncü variant isə bütün siyasi, beynəlxalq və dövlətçilik məsələlərində iki ölkə və hökumətin eyni mövqe və yanaşmalara malik olmadığı fərziyyəsinə əsaslanır. Beləliklə, təbii olaraq fərqlər var. Ancaq fikir ayrılıqlarına və bəzən toqquşan maraqlara baxmayaraq, biz əməkdaşlıq edə və bir-birimizə fayda verə biləcəyimiz ümumi məsələlər tapa bilərik. İqtisadi, ticarət və hətta təhlükəsizlik məsələlərində bir-birimizə kömək edə, fikir ayrılıqlarını mümkün qədər həll edə və ya minimuma endirməyə çalışa bilərik”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı