Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Gürcüstan Aİ-yə üzv olan 27 ölkənin Avropa işləri nazirlərinin görüşünə dəvət edilməyib

5 avqust / 13:19 3 dəq
Avropa və gurc
5 avqust / 13:19
Burada sizin reklamınız ola bilər
Danimarka Gürcüstanı Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin Avropa işləri nazirlərinin bu ölkədə keçiriləcək görüşünə dəvət etməyib.

Qerbxeber.com xəbər verir ki, məsələ ilə bağlı Danimarka Xarici İşlər Nazirliyi (XİN) “Interpressnews”a izahlı açıqlama verib.

Bildirilib ki, Gürcüstanın dəvət olunmamasının səbəbi onun Aİ-yə inteqrasiya prosesini 2028-ci ilə qədər dayandırmasıdır.

“Gürcüstan hökuməti Avropa İttifaqına inteqrasiya prosesini 2028-ci ilə qədər dayandırmaq qərarına gəlib. Aİ Şurasına sədrlik edən ölkə kimi Danimarka sentyabrda planlaşdırılan görüşə Gürcüstanı namizəd ölkə statusu ilə dəvət etməyəcək” , – qeyd olunub.

Danimarka XİN-dən bildirilib ki, Danimarka Polşanın sədrlik etdiyi dövrdə formalaşmış praktikanı davam etdirir.

“2024-cü ilin noyabrında Gürcüstan hökuməti ölkənin Aİ-yə inteqrasiya prosesini 2028-ci ilə qədər dayandırmaq qərarını açıqladı. Avropa İttifaqı bunu nəzərə aldı. Danimarkanın [Aİ Şurasına] sədrliyi Polşanın sədrlik etdiyi dövrdə formalaşmış presedenti izləyir və ümumi qaydaya əsasən Gürcüstan namizəd ölkə statusu ilə dəvət olunmayacaq”.

Məlumat üçün bildirək ki, Aİ-yə üzv 27 ölkənin Avropa işləri üzrə nazirləri Ukrayna, Moldova, Qərbi Balkan ölkələri və Türkiyə nümayəndələri ilə birlikdə 1–2 sentyabr tarixlərində qeyri-rəsmi görüşdə iştirak edəcəklər. Görüşün əsas mövzusu Avropa İttifaqının genişlənməsinin müxtəlif aspektləri olacaq.

Liderlərin görüşü Danimarkada keçiriləcək. Avropa Şurasının vebsaytında yayılan məlumata görə, birinci iş sessiyası Kopenhagen meyarlarının əhəmiyyətinə həsr olunacaq və bu sessiyada Ukrayna, Moldova, Qərbi Balkan tərəfdaşları və Türkiyə iştirak edəcək.

İkinci iş sessiyasında isə Aİ-yə üzv dövlətlərin nazirləri Avropa İttifaqı qanunvericiliyinin üstünlüyünü təmin edən alətlərin gücləndirilməsini müzakirə edəcəklər.

Avropa Şurasının vebsaytında yayımlanan məlumatda Gürcüstanın adı çəkilmir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı