Dünya

Trampın təhdidlərindən sonra Hindistan Baş naziri xalqa müraciət etdi

5 avqust / 07:35 2 dəq
Modi
5 avqust / 07:35
Burada sizin reklamınız ola bilər

Hindistanın Baş naziri Narendra Modi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Pezidenti Donald Trampın təhdidlərinə cavab olaraq, vətəndaşları milli istehsalçıları dəstəkləməyə və yalnız Hindistan malları almağa çağırıb.

Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, şimal ştatı Uttar-Pradeşdə keçirilən mitinqdə çıxış edən Modi dünyadakı qeyri-sabitlik fonunda ölkənin iqtisadi maraqlarını qorumağın vacibliyini qeyd edib.

“Dünya iqtisadiyyatı indi qorxu və qeyri-müəyyənliklə əhatə olunub. Bundan sonra alışlarımızın yeganə meyarı malın mənşəyi olmalıdır: biz yalnız hindistanlıların əməyi ilə hazırlanan əşyaları almalıyıq”, – o bildirib.

Qeyd edək ki, Trampın təhdidlərinə baxmayaraq, Modi hökuməti Rusiyadan neft idxalının dayandırılması ilə bağlı qərar qəbul edilməyib. Həm dövlət, həm də özəl zavodlar təchizatçıları kommersiya maraqlarından çıxış edərək seçə bilər.

Analitiklər qeyd edirlər ki, illər boyu ABŞ Nyu-Delinin Moskva ilə sıx tarixi əlaqələrinə göz yumub, Hindistanı Asiyada Çinə qarşı əsas tarazlayıcı qüvvə kimi nəzərdən keçirib. Lakin indi Tramp, Vladimir Putinə təsir vasitəsi kimi Modiyə iqtisadi təzyiqdən istifadə etmək üçün yanaşmanı dəyişə bilər.

Paylaş
Burada sizin reklamınız ola bilər