İqtisadiyyat

Azərbaycan və Suriya potensial layihələri müzakirə edib

2 avqust / 23:02 1 dəq
E7768d7c 95f7 3a3c 853d 8dbe1766e5b6 850
2 avqust / 23:02
Burada sizin reklamınız ola bilər

Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir ilə görüşümüzdə Azərbaycandan Suriyaya təbii qaz nəqlinin regional əhəmiyyətini qeyd etdik.

İkitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri, enerji əməkdaşlığının inkişafını və potensial layihələri nəzərdən keçirdik”, – M. Cabbarov qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər