Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İdman

Türkiyə nəhəngi Osimheni rekord məbləğlə transfer edib

1 avqust / 13:56 1 dəq
281124 victor osimhen of galatasaray celebrates victory 1920.jpg
1 avqust / 13:56
Burada sizin reklamınız ola bilər

İstanbulun “Qalatasaray” klubu İtaliyanın “Napoli” klubunun nigeriyalı futbolçusu Viktor Osimhenin transferini başa çatdırıb.

Qerbxeber.com un xəbərinə görə, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Qalatasaray” Osimhen üçün 75 milyon avro ödəyib və bu, Türkiyə çempionatının yeni rekordu olub. Əvvəlki rekord 2024-cü ilin yayında İstanbulun “Fənərbaxça” komandasının 19,5 milyon avroya İspaniyanın “Sevilya” klubundan Mərakeş millisinin hücumçusu Yusif Ən-Nəsirini alması ilə müəyyən edilmişdi.

Osimhenin 26 yaşı var, o, ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. Forvard klubda müxtəlif turnirlərdə 41 oyun keçirib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib. 26 qolla futbolçu Türkiyə çempionatının bombardiri olub.

Ötən ay bildirilmişdi ki, “Qalatasaray” Osimhenlə razılığa gəlib. Nigeriyalı hücumçu hər mövsüm üçün 18 milyon avro qazanacaq. Sözləşmədə yer alan bəndə əsasən, Osimhen növbəti 2 il ərzində heç bir İtaliya klubuna transfer oluna bilməz.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı