İdman

Millimizin İslandiya və Fransa ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib

28 iyul / 11:31 1 dəq
1684389975 dc 2026 780x470
28 iyul / 11:31
Burada sizin reklamınız ola bilər

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

Qerbxeber.com AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.

Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Hər iki matç saat 21:00-da start götürəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər