İdman

EPL komandaları İtaliyalı qapıçını transfer etmək istəyir

27 iyul / 20:25 1 dəq
Images (7)
27 iyul / 20:25
Burada sizin reklamınız ola bilər

İngiltərənin iki nəhəng klubu hazırda Fransa təmsilçisi PSJ-də çıxış edən İtaliya millisinin qapıçısı Canluici Donnarumma ilə maraqlanır.

Qerbxeber.com “Lequipe” nəşrinə istinadən xəbər verir ki, bunlar “Mançester Siti” və “Mançester Yunayted” komandalarıdır.

Parislilər qolkiperi azad agent kimi buraxmamaq üçün onu satmağa hazırdır.

Oyunçunun müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.

PSJ yeni qapıçı tapacağı təqdirdə Donnarummanı ilə vidalaşa bilər.

Hətta “Lill”in çərçivə qoruyucusu Lyuka Şevalyenin heyətə cəlb olunacağı gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər