Bölgə xəbərləri

Quşçu Ayrımdan şəhid xəbəri

5 mart / 22:18 2 dəq
A5a0e007 1037 404b 97b8 eb1c3663a509
5 mart / 22:18
Burada sizin reklamınız ola bilər

Dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Azərbaycan Ordusunun mövqelərinə hücum davam edir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

DSX-nın məlumatında o da bildirilir ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

Paylaş
Burada sizin reklamınız ola bilər