Qazaxda çətənə yetişdirən qadın saxlanılıb
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qerbxeber.com-ya verilən məlumata görə, tədbir zamanı S. Qurbanova saxlanılıb.
Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı