Maraqlı

“Arıqlasam, dərim sallanar?…” – Görəsən doğrudanmı bu belədir?- ELNUR NEMƏTOVDAN tövsüyyələr

25 iyul / 21:36 4 dəq
Elnur nemətov 6
25 iyul / 21:36
Burada sizin reklamınız ola bilər
Ən çox eşidilən: “Arıqlamaq istəyirəm, amma qorxuram, dərim sallanar.”
Gəlin bu məsələyə real yanaşaq.
Bəli, bəzi hallarda dəri sallanması ola bilər .
Amma nə zaman ?
Bildiyimiz kimi, dərinin elastikliyi, əsasən, kollagen və elastin liflərinin möhkəmliyindən və miqdarından asılıdır. Bu liflər dərinin dartılması, bərpası və formada qalmasını təmin edir. Lakin zamanla və bəzi zərərli amillərin təsirindən bu liflər zəifləyir, parçalanır və azalır.
Məsələn:
1.Uzunmüddət artıq çəkidə qaldıqda (çəkini daşıyan dəri boşalır)
2.Nizamsız arıqlama zamanı (bədən çəkini deyil, əzələ, su və kollagen ehtiyatını itirir)
3.Yetərsiz su qəbulu olduqda (dəri quru, qırış və cansız olur)
4.Zülal çatışmazlığı (defisit)
5.Yaş artdıqca (bədən kollagen və elastin liflərini daha az istehsal edir)
6.Həddindən artıq günəş şüalarına məruz qalma (ultrabənövşəyi şüalar dərinin dərin qatlarına nüfuz edərək kollagen və elastin liflərini zədələyir)
7.Siqaret çəkdikdə (siqaretdəki toksinlər dəridəki kollagen və elastin liflərini parçalayır)
Deməli problem arıqlamaqda deyil, necə və hansı üsulla arıqlamaqdır.
Əgər bədənimizi düzgün qidalandıraraq, mərhələli formada arıqlayırıqsa, dərinin buna uyğunlaşmaq şansı çox yüksəkdir.
Yəni, dəri sallanması hərəkətsizlikdən və qeyri-sağlam arıqlamadan yaranır, arıqlamağın özündən yox!
Dəri sallanmasının qarşısını almaq üçün aşağıdakıları nəzərə almaq vacibdir:
1. Tədricən çəki itkisi – yəni öz axarı ilə.
2. Zülal qəbulu – kollagen və elastin (bu iki zülal dərinin möhkəmliyi və elastikliyini təmin edir)
3. Su qəbulu ( dərinin 70%-i sudan ibarət olduğu üçün su içmədən dərinin elastik qalması mümkün deyil)
4. Əzələ kütləsini qorumaq (hərəkət, xüsusilə əzələ gücləndirici məşqlər sallanmanı minimuma endirir)
5. Antioksidantlarla zəngin qidalanma ( vitamin C, E, sink və omeqa-3 dərini içəridən bəsləyir)
6. Dəriyə qulluq (dəriyə qan dövranını artıran prosedurlar)
7. Səbir və davamlılıq (dəri də bədən kimi zaman istəyir)
Boşalan dərinin toparlanması üçün şans yaradılmalıdır.
Yadda saxlamalıyıq ki, dəri sallanmasından qorxub artıq çəkidə qalmaq – səhhətimizə daha böyük ziyan vura bilər!
Birdə onu nəzərə almalıyıqki, dəri sallanması:
Ürək-damar sistemi
Qaraciyər
Oynaqlar
Metabolizm zəifliyi
Qan təzyiqi
Xolesterin
İnsulin dirənci
Sonsuzluq
və s. kimi xəstəliklərdən daha təhlükəsizdir.

Dəri sallanmasından çox, daxilı orqanların çöküşündən ehtiyat etməliyik!

Çünki çəkimiz artdıqca və ya azaldıqca yalnız görüntümüz dəyişmir – bədənimizdə minlərlə dəyişiklik baş verir.
Yekun olaraq:
Əgər biz sağlam qidalanıb, mütəmadi hərəkət edib, çəkini mərhələli şəkildə azaldırıqsa – dəri sallanması minimum və idarəolunan nəticə ilə yekunlaşar.
O ehtimalı minimuma endirmək tamamilə öz əlimizdədir.
Sallanan dəri yaşamağa mane olmur, amma kilonun fəsadları bəzən yaşamağı cox çətinləşdirir.

Tövsiyəm:

Əgər çox kilonuz varsa və arıqlamaq istəyirsinizsə, “dərim sallanar” düşüncəsi ilə sağlamlığınızı təhlükəyə atmayın. Unutmayın:

Ən pis halda sallanan dəri kosmetik və ya cərrahi yolla düzəlir, amma daxili orqanlarda yaranan fəsadları – məsələn, ürək, qaraciyər, şəkər və ya təzyiq problemlərini – sadəcə “kəsməklə” düzəltmək olmur. Dərini kəsmək mümkündür, amma orqanı dəyişmək, ya da bərpa etmək o qədər də asan deyil.

Hörmətlə: E.N

Paylaş
Burada sizin reklamınız ola bilər