Dünya

Tramp Makronun Fələstin bəyanatına cavab verdi: “Yaxşı oğlandır, amma bu bəyanatın heç bir çəkisi yoxdur”

25 iyul / 21:13 1 dəq
Tramp ve makron
25 iyul / 21:13
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp Fransa dövlət başçısı Emmanuel Makronun Fələstini tanımaq təşəbbüsünə münasibət bildirib.

Qerbxeber.com APA xəbər verir ki, Donald Tramp Makronun sözlərinin əhəmiyyət daşımadığını vurğulayıb.

Dediklərinin əhəmiyyəti yoxdur. Onu xoşlayıram, yaxşı oğlandır. Amma bu bəyanatının heç bir çəkisi yoxdur”, – Tramp qeyd edib.

Xatırladaq ki, Emmanuel Makron Fransanın sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.

ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Amerika Birləşmiş Ştatları Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.

Paylaş
Burada sizin reklamınız ola bilər