Dünya

Fransa Fələstini rəsmən tanıyacağını elan edib

25 iyul / 20:57 1 dəq
Emanuel makron
25 iyul / 20:57
Burada sizin reklamınız ola bilər
“Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq”.

Qerbxeber.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkə hesabında yazıb.

“Mən qərara gəldim ki, Fransa Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi bağlılığına sadiq qalaraq Fələstin dövlətini tanıyacaq. Bu təntənəli bəyanatı sentyabrda BMT-nin Baş Assambleyasında verəcəyəm”, – deyə məlumatda bildirilir.

Makron vurğulayıb ki, bu günün ən mühüm ehtiyacı Qəzzada müharibəyə son qoymaq və mülki əhaliyə yardım göstərməkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər