Dünya

Amerikalı diplomat: Gürcüstan böhran içindədir, o artıq Avropa ölkəsi deyil

25 iyul / 16:48 3 dəq
Emcode ad7d0839e5a79ab32ecabdd8674e8b00
25 iyul / 16:48
Burada sizin reklamınız ola bilər
Amerikalı diplomat: Gürcüstan böhran içindədir, o artıq Avropa ölkəsi deyil

“Gürcüstan böhran içindədir, o artıq Avropa ölkəsi deyil, Avropa və Birləşmiş Ştatlar üçün getdikcə daha az maraqlı olur, o, Rusiya orbitinə keçib, Gürcüstan enən spiraldadır”.

Qerbxeber.com Aktual.ge yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sabiq yüksək vəzifəli rəsmisi Metyu Brayza “Independence Avenue Media” ilə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Gürcüstan artıq Avropa ailəsinin üzvü kimi qəbul edilmir.

“Gürcüstana gəldikdə isə, o, böhran vəziyyətindədir. Gürcüstan artıq əvvəlki Gürcüstan deyil. O, artıq Avroatlantik birliyin üzvü olmağa can atan Avropa ölkəsi deyil. O, ilişib qalıb və bu, təbii ki, bəzi Tbilisidəki şəxslərin böyük köməyi ilə Rusiyanın planına uyğun olaraq baş verir. Gürcüstan onsuz da Cənubi Qafqazın və Orta Dəhlizin ayrılmaz hissəsidir. Amma Avropa və ABŞ üçün getdikcə daha az maraq doğurur. O, artıq Avropa İttifaqı ilə assosiasiya yolunda deyil. Gürcüstan artıq Avroatlantik ailənin və ya heç olmasa Avropa ailəsinin normal üzvü kimi qəbul olunmur. Onun hökuməti bu assosiasiya səylərini dayandıracağını bəyan edib.

Avropa İttifaqı sanksiyalar tətbiq edib və açıq şəkildə bildirib ki, Gürcüstanın hazırkı hökumətini dost hesab etmir. Düşünürəm, Gürcüstan hökuməti də eyni fikirdədir. Eyni zamanda böyük ehtimal var ki, Gürcüstan vətəndaşları Avropa İttifaqına vizasız səyahət hüququnu itirsinlər. Beləliklə, Gürcüstan Avropanın geosiyasi oyunundan tamamilə kənarlaşdırılıb və Rusiya orbitinə keçib. Başqa sözlə, Gürcüstan özünü Avropa geosiyasi səhnəsindən tamamilə uzaqlaşdırıb və tam şəkildə Rusiyanın təsir dairəsinə düşüb.

Gürcü liderlər ‘amerikalılar və avropalılar yeni cəbhə açmağa və Gürcüstanı müharibəyə cəlb etməyə çalışırlar’ kimi gülməli şeylər deyəndə, bu, o qədər açıq-aşkar yalandır ki, anti-qərb təbliğatının elementidir və göstərir ki, hökumət Moskvanın kuklasıdır. Heç kim belə bir hökumətlə əməkdaşlıq etmək istəmir. Heç kim onlara etibar etmir. Belə bir vəziyyətdə Gürcüstana kim sərmayə qoyar? Heç kim. Heç kim.

Gürcüstan enən spiraldadır. Bu, mənim çox sevdiyim bir ölkədir. Bunu demək mənim üçün çətindir, amma gürcülərin əldə etdiyi bir çox uğur məhv olur. Onları bərpa etmək çox çətindir, amma dağıtmaq olduqca asandır,” – deyə Metyu Brayza qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər