Hadisə

Azərbaycanlı məmur rüşvət iddiası ilə saxlanılıb

5 mart / 15:27 1 dəq
037fd9bc 712e 43b2 bc4b 38cffa2c03d4
5 mart / 15:27
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Qardabani rayonunun Candar kənd ərazi vahidliyi üzrə bələdiyyə nümayəndəsi saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan Ə.M. adlı azərbaycanlı məmur dövlətin balansında olan torpaq sahəsinin bir il müddətinə istifadəsi üçün Türkiyə vətəndaşından 30 min lari rüşvət alıb.

Məmur rüşvət alan zamanı saxlanılıb.

Faktla bağlı böyük məbləğdə rüşvət alma maddəsi üzrə istinaq aparılır. Məmuru 7 ildən 11 ilədək həbs cəzası gözləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər