Tbilisidə geniş miqyaslı aksiya keçirilib
Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, vətəndaşlar Tbilisi Dövlət Universitetinin qarşısında toplaşıb yürüşlə Parlament binasına doğru hərəkət ediblər.
Paytaxtın əsas prospekti Rustavelidə toplaşanların əsas tələbi – yeni parlament seçkilərinin təyin olunmasıdır.
Etiraz aksiyası zamanı 8 siyasi partiya birgə bəyanatla çıxış edib – onlar yerli özünüidarəetmə seçkilərində iştirakdan imtina etdiklərini bildiriblər və regionlarda “Müqavimət üzvlərinin təşkilatlanmasına” başlayacaqlarını elan ediblər.
Bəyanatı vətəndaşlara “Azadlıq Meydanı” lideri Levan Tsutsqiridze oxuyub:
“İvanişvilinin rejimi 4 oktyabrda Gürcüstanda növbəti Rusiya xüsusi əməliyyatını planlaşdırır. Biz – 8 Qərbpərəst qüvvə – Gürcüstan vətəndaşlarını aldatmaq məqsədilə bu rejimin şəriki olmayacağıq. 4 oktyabr tarixindəki rus xüsusi əməliyyatında iştirak etməyəcək, Gürcüstan vətəndaşlarını ekzistensial təhlükə qarşısında tək qoymayacağıq. İvanişvilinin cinayətkar rejimi tərəfindən yaradılmış xaos və ədalətsizliyin qanuniləşdirilməsində iştirak etməyəcəyik. Biz yalnız azad parlament seçkilərini tanıyırıq və buna rejimin prinsipial və ardıcıl şəkildə təcrid olunması yolu ilə nail olacağıq”.



