Dünya

Erməni ekspert: Ermənistan total blokadaya düşə bilər

18 iyul / 21:56 2 dəq
Artur xacikyan
18 iyul / 21:56
Burada sizin reklamınız ola bilər
“Xarici idarəetməyə vermək o deməkdir ki, biz ərazimizin bir hissəsinə nəzarətdən imtina edirik”.
Qerbxeber.com Ordu.az -a istinadən xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

“Əgər bu, sadəcə nəqliyyat məsələsi idisə, İlham Əliyev niyə bizim ona nəzarət etməməyimizi istəyir?”, – deyə o qeyd edib.

Xaçikyan bildirib ki, əgər özəl şirkət yalnız erməni tərəfi ilə müqavilə bağlayırsa, bu o qədər də dəhşətli deyil, amma o müqavilə Azərbaycanla bağlanırsa, deməli o şirkət Azərbaycanın qarşısında da cavabdehdir, yəni Azərbaycan da həmin əraziyə nəzarət edir.

“Bu özəl şirkət çox yaxında Türkiyə və Azərbaycanın əlinə keçə bilər, şübhəsiz ki, ABŞ-də İsrail lobbisi güclüdür, İsrail isə Azərbaycanın bölgəmizdəki ən yaxın müttəfiqidir. Onlar İsrail silahları ilə erməniləri məğlub etdilər. Yəni çox yaxında o özəl şirkət ya Türkiyə-Azərbaycan idarəçiliyinə keçəcək, ya da həmin şirkətə təsir göstərə bilərlər və yavaş-yavaş onların əlinə keçə bilər. Bundan sonra Türkiyə və Azərbaycan Zəngəzuru əbədi olaraq öz nəzarəti altına alacaq, heç vaxt geri çəkilməyəcəklər. Ermənistan total blokadaya düşür: nə İran, nə də Rusiya bizə silah çatdıra bilməz”, – deyə erməni ekspert əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər