Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

ABŞ-n Zərgəzur planı-Bölgədə nələr olacaq?-ASİF NƏRİMANLININ şərhi

15 iyul / 23:53 3 dəq
Asif
15 iyul / 23:53
Burada sizin reklamınız ola bilər
ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Vaşinqtonun Zəngəzur dəhlizi ilə bağlı təklifini açıqlayıb: 32 kilometrlik marşrut Amerika şirkətinə 100 illik icarəyə verilir və hər kəsin istifadəsinə açılır;
Zəngəzur dəhlizində təhlükəsizliyin özəl şirkətə verilməsi ideyası ilk dəfə Ermənistan tərəfindən irəli sürülüb. Dəhlizin Rusiyanın iştirakı ilə açılmasını qarşı çıxan İrəvanın iki il öncə gündəmə gətirdiyi bu variantın Avropadakı tərəfdaşlarının ideyası olduğu istisna deyildi. Həmin vaxt regional konyuktura fonunda Bakı bunu qəbul etmirdi və əsasən 10 noyabr razılaşması üzərində dayanırdı. Mövcud konyukturada Azərbaycan və Ermənistanın dəhlizin Rusiyasız açılması üzərində mövqeləri yaxınlaşıb, lakin əsas problem təhlükəsizliyin necə və kimin tərəfindən təmin ediləcəyidir.
Tom Barakın açıqlaması Vaşinqtonun zamin kimi iştirak niyyətini rəsmi şəkildə təsdiq edir. Hərçənd, bu variantın tərəflərin maraqlarına nə qədər uyğun olduğu mübahisəlidir, xüsusilə 100 illik icarə məsələsi fonunda.
Amerika şirkətinin 100 illik icarə ilə dəhlizdə olması ABŞ-ın Cənubi Qafqazda mövcudluğu deməkdir və burada Vaşinqtonun həm bölgəni, həm də Orta dəhlizi nəzarətə götürmək hədəfləri aydın görünür. Lakin bu nə Ermənistan, nə Azərbaycan üçün sərfli deyil, həmçinin, regionun gələcəyi baxımından da risklidir.
Birincisi, ABŞ-ın dəhlizdə 100 illik iştirakı Cənubi Qafqazı Rusiya ilə toqquşma platformasına çevirə bilər;
İkincisi, Zəngəzur dəhlizi Orta dəhlizin əsas keçidlərindən biridir və ABŞ-ın burada olması regionda Çinlə toqquşma perspektivi yaradır: belə bir toqquşma Pekinin Orta dəhlizə marağını azalda, “Bir kəmər, bir yol” layihəsində alternativ marşrutları aktuallaşdıra bilər;
Üçüncüsü, Zəngəzur dəhlizi türk dünyasının coğrafi bölünməsini aradan qaldırmaq rolunu da oynayacaq. Ki, ABŞ-ın 100 illik iştirakı Bakı və Ankaranın bu coğrafiyadakı hədəflərinə də nəzarət deməkdir;
Problemin həllində alternativ həll yolları tükənməyib:
– Bakı və İrəvan Naxçıvana maneəsiz keçidin təhlükəsizliyini ikitərəfli formatda təmin etməyin yollarını axtara bilər: bu, regionda üçüncü tərəflərin iştirakı ilə toqquşma risklərinin qarşısını almaq baxımından da əhəmiyyətlidir;
– Üçüncü tərəfin iştirakı qaçılmaz olacaqsa, Bakı və Ankara Türkiyənin də dəhlizdə bu və ya digər formada iştirakında israr etməlidir.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı