Dünya

ABŞ-ın Zəngəzur dəhlizi planını Ermənistan rədd etdi-ŞOK

14 iyul / 22:29 2 dəq
Zengezur
14 iyul / 22:29
Burada sizin reklamınız ola bilər

Ermənistan ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifini rədd edib.

Qerbxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın bəyanatını şərh edərkən deyib.

“Sizin qeyd etdiyiniz dil Ermənistan üçün qəbuledilməzdir. İrəvan regional infrastrukturun sırf Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası kontekstində blokdan çıxarılması məsələsini müzakirə edir”.

Ermənistan ərazisinin bir hissəsinin ABŞ tərəfindən icarəyə verilməsinə gəlincə, bu variant yalnız kənd təsərrüfatı torpaqları üçün mövcuddur. Ona görə də ABŞ səfirinin dediyi variant mümkün deyil”, – Baqdasaryan vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl səfir Tom Barak Ermənistan və Azərbaycan arasında 32 kilometrdən çox uzanan yol mübahisəsindən danışıb. ABŞ-ın uzunmüddətli icarə əsasında həmin hissəyə nəzarət edə biləcəyi hipotetik ssenari təklif edib. Eyni zamanda, bu yolun Ermənistanın Sünik (Zəngəzur) rayonu ərazisinə aid olması ilə bağlı heç bir fikir səsləndirməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər