Çexiya Baş naziri Slovakiya hökümətini Rusiya qarşı sansiyalara veto qoymamağa çağırdı
Çexiyanın Baş naziri Petr Fiala Slovakiyalı həmkarı Robert Fitsoya məktub ünvanlayaraq, Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketinin qəbulunun qarşısını almamağa çağırıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə APA,“Radio Prague International”-aistinadən məlumat yayıb.
Məktubda Fiala Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı Aİ daxilində vahid yanaşmanın vacibliyini vurğulayıb və Çexiya ilə Slovakiyanın keçmişdə Moskvanın işğalı ilə bağlı ortaq tarixi təcrübəyə sahib olduğunu xatırladıb.
Çexiya hökumət başçısı həmçinin xəbərdarlıq edib ki, sanksiyaların bloklanması Slovakiyanı Avropa İttifaqında təcrid vəziyyətinə sala bilər.



