Özbəkistan vətəndaşı Naftalanda ölü tapıldı
Naftalanda sanatoriyada istirahət edən şəxs ölü tapılıb.
Qerbxeber.com xəbər verir ki, 1988-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Z.Kafarovun meyiti sanatoriya otaqlarından birində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimallara görə, onun ölümünə ürəktutması səbəb olub.
Məlumata görə, Z.Kafarov Naftalana istirahət məqsədilə gedibmiş. Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı