Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Erməni politoloq: Rusiyanın Azərbaycanla çəkişməsinin arxasında bu məsələ durur

12 iyul / 23:43 2 dəq
Hayk sukiasyan
12 iyul / 23:43
Burada sizin reklamınız ola bilər

“Ermənistan müxalifətinin ən böyük qorxusu Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasıdır”.

Qerbxeber.com Teleqrafa istinadən xəbər verir ki, bunu erməni politoloq Hayk Sukiasyan deyib.

Həmçinin ekspert qeyd edib ki, sülh danışıqlarında istənilən vasitəçilikdən, xüsusən də Rusiyadan yan keçmək mühüm addımdır.

Sukiasyan əmindir ki, Ermənistan prosesi nəzarətdə, sülh müqaviləsinin imzalanması mövzusunu qaynar saxlamalı, beynəlxalq ictimaiyyətin diqqətini buna yönəltməlidir.

Politoloqun sözlərinə görə, region öz kommunikasiyaları ilə hamını maraqlandırdığı üçün dünya bu prosesi diqqətlə izləyir:

“Müzakirə olunan sənədi, onun fonunda Rusiya-Azərbaycan gərginliyini nəzərə alsaq, müqavilənin imzalanmasının yaxın olduğunu və bunun Ermənistanın taleyində dönüş nöqtəsinin olacağını demək olar”.

Sukiasyan Rusiya ilə koordinasiyalı şəkildə işləyən Ermənistanın radikal müxalifətinin sülh prosesinə yanaşmasına da diqqət çəkib:

“Bu yaxınlarda müxalifətin Ermənistan hakimiyyətinə qarşı planlaşdırdığı, artıq ifşa edilmiş terror aktı həm də liderlərin Əbu-Dabi görüşü və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı idi. Çünki müxalifətin ən böyük qorxusu – müqavilənin imzalanması reallaşır”.

Erməni kilsəsinin siyasi proseslərə müdaxiləsindən danışan ekspert əlavə edib ki, bütün ermənilərin katolikosu II Qaregin dərhal istefa verməlidir:

“Siz onu kreslosundan atana qədər o, getməyəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı