Maraqlı

Cay suyu əvəz etmir-Sağlam həyat motivatoru ELNUR NEMƏTOVUN tövsiyyəsi

12 iyul / 17:46 3 dəq
Elnur mematov 1
12 iyul / 17:46
Burada sizin reklamınız ola bilər
Bəzi insanlar təbii olaraq susuzluğu zəif hiss edirlər. Hətta su içmək yadlarına düşməsə belə, susamırlar. Nəticədə bədən lazımi su balansını qoruya bilmir və bu da zamanla çəki artımına səbəb ola bilər.
Yəni:
  • Lazımsız yemək yeyilir
  • Kalori yığılır
  • Su balansı pozulur
  • Kökəlmə başlayır
Bildiyimiz kimi, bədəndə hər gün milyonlarla proses baş verir: hüceyrələr işləyir, orqanlar funksiyalarını yerinə yetirir, bədən istiliyi tənzimlənir, toksinlər xaric olunur. Bu proseslərin hamısı üçün su həyatı əhəmiyyət daşıyır.
Bəzən isə beyin susuzluq siqnalını aclıqla səhv salır — yəni bədən su istəyərkən, biz bunu yemək ehtiyacı kimi başa düşürük.
Nəticədə “nəsə yeyim” fikri ilə yanlış istiqamətə yönəlirik. Halbuki,sadəcə bir stəkan su kifayət edərdi.
Əgər suyun az içilməsi vərdiş halını alıbsa, zamanla orqanizm bu duruma uyğunlaşır və susuzluq hissi daha da zəifləyir.
Bu səbəbdən bəzən su içmək istəyi olmur, amma çay (xüsusilə də qara çay) çox içilir.
Bunun səbəbi çayın tərkibindəki kofeinin yüngül asılılıq yaratması ilə izah oluna bilər.
Kofein yüngül sidikqovucu təsir göstərsə də, beyin onu “enerji verən” içki kimi qəbul etdiyindən suya ehtiyac hissi azalır. Yəni bədən uzun müddət çayla “aldadılıbsa”, beyin bunu maye ehtiyacının qarşılanması kimi qəbul etməyə başlayır.
Lakin çay – xüsusilə tünd qara çay – orqanizmi susuz vəziyyətdə saxlaya bilər, çünki sidikqovucu təsirə malikdir. Bu səbəbdən çox çay içmək:
  • Dəmir çatışmazlığına
  • Maye itkisi nəticəsində susuzlaşmaya
  • Yuxu pozğunluqlarına (xüsusilə axşam saatlarında içildikdə)
səbəb ola bilər.
Bəs necə edək ki, su içmək vərdişini bərpa edək?
Bunun üçün ilk addım çayı azaltmaqdan yox, suyu artırmaqdan başlamaqdır.
Məsələn:
Suya limon, nanə, giləmeyvə kimi təbii əlavələr etməklə onu daha cəlbedici etmək və beynə “dadlı içki” kimi təqdim edərək aldatmaq olar
Telefon və ya saat vasitəsilə xatırlatmalar da faydalıdır – məsələn, hər 1 saatdan bir su içmək üçün bildiriş qoymaq.
Ən vacib qaydalardan biri: su daim göz qabağında olmalıdır. Masanızda, çantanızda, avtomobilinizdə – harada olursunuzsa, yaxınlıqda saxlayın.
Tövsiyəm budur ki:
Su içmək vərdişini geri qazanmaq üçün bütün maarifləndirici mənbələrdən istifadə edin, çünki bu sadəcə sağlamlığı deyil, həm də çəkiyə nəzarəti, enerji səviyyəsi və ümumi həyat keyfiyyətini yaxşılaşdırmaq deməkdir.
Paylaş
Burada sizin reklamınız ola bilər