Avropa parlamentariləri Ursula von-der Leyenə etimadsızlıq səsverməsinə “səs vermədilər”
Avropa Parlamenti Ursula von der Leyenə etimadsızlıq səsverməsini rədd edib.
Qerbxeber.com xəbər verir ki, Avropa Parlamentində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə bağlı keçirilən etimadsızlıq səsverməsi müsbət nəticə verməyib.
360 parlament üzvü etimadsızlıq səsverməsinin əleyhinə səs verib, lehinə səs verənlərin sayı 175 olub, 18 nəfər isə bitərəf qalıb.





