Dünya

Liderlərin Əbu-Dabi görüşünün ilkin nəticələri məlum oldu

10 iyul / 15:51 1 dəq
Aliyev pashinyan nevv
10 iyul / 15:51
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib.

Qerbxeber.com  XİN-ə istinadən xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.

Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər