Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Şəmkirdə “SHORECA-Orqanik və Ekodostu Kənd Təsərrüfatı layihəsinin icrası davam edir

8 iyul / 19:49 4 dəq
90848c37 a500 4e65 b5f1 05f719b5413e
8 iyul / 19:49
Burada sizin reklamınız ola bilər

Şəmkirin Zəyəm qəsəbəsi və ətraf kəndlərində “SHORECA” – Şəmkir Orqanik və Ekodostu Kənd Təsərrüfatı layihəsinin icrası uğurla davam edir.

Bu barədə Qerbxeber.com-a məlumat verən Layihə rəhbəri Ülviyyə Cəlilova bildirib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata leçirilən layihə 24 avqust 2024-cü ildən icra olunmağa başlayıb.

Layihənin əsas məqsədi yerli icmaların ekoloji təmiz, dayanıqlı və iqtisadi cəhətdən səmərəli kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmasını dəstəkləmək, onların bazara çıxış imkanlarını genişləndirmək və ekodostu məhsulların istehsalına dəstək olmaqdır. Layihə, kənd təsərrüfatının yalnız iqtisadi deyil, həm də sosial və ekoloji tərəflərini diqqət mərkəzinə alaraq, yerli əhalinin bilik və bacarıqlarını artırmağa çalışır.1fbc4817 5c04 415e a233 8735a0003fe49bbcc149 d126 4501 b2db feffd61d1001

İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və ekoloji tarazlıq çağırışlarının getdikcə aktuallaşdığı bir dövrdə, dayanıqlı kənd təsərrüfatı və ekoloji məsuliyyətli istehsal modellərinin təşviqi zəruri hal alıb. Bu kontekstdə həyata keçirilən SHORECA layihəsi Şəmkir rayonunun Zəyəm qəsəbəsi və ətraf kəndlərində icma əsaslı orqanik və ekodostu kənd təsərrüfatı təşəbbüslərinin inkişafına töhfə verməkdədir.

Layihə çərçivəsində bu günədək bir sıra maarifləndirici və praktiki fəaliyyətlər həyata keçirilib. O cümlədən:

  • Orqanik və ekodostu kənd təsərrüfatı üzrə seminar və təlimlər keçirilib. Bu təlimlərdə yer iştirak edən yerli istehsalçılar təbii gübrələrin istifadəsi, pestisidsiz əkinçilik, torpaq münbitliyinin qorunması və digər mühüm mövzularda biliklər əldə ediblər.
  • Yerli istehsalçıların bir araya gəldiyi işgüzar görüşlər keçirilib. Bu görüşlərdə təcrübə mübadiləsi aparılıb, tərəfdaşlıqlar qurulub. İstehsal olunan məhsulların tanıdılması və satışının təşviqi məqsədilə yarmarkalar təşkil edilib, bu yolla həm yerli icmaların, həm də şəhər sakinlərinin ekoloji təmiz məhsullara çıxışı təmin olunub.
  • Bu fəaliyyətlər nəticəsində artıq bir neçə yerli təsərrüfat dayanıqlı istehsal prinsiplərinə uyğun fəaliyyətə keçib, məhsullarını yerli bazarlarda tanıtmağa və satmağa başlayıb. Eyni zamanda, qadın və gənclərin layihəyə fəal şəkildə qoşulması, onların iqtisadi və sosial güclənməsinə də töhfə verib.

SHORECA layihəsi davam etdikcə, onun əhatə dairəsinin genişlənməsi və daha çox kəndlinin bu təşəbbüsdən faydalanması planlaşdırılır. Eyni zamanda, layihənin nəticələrinin uzunmüddətli təsirini təmin etmək üçün yerli icmalar arasında şəbəkələşmənin və təcrübə paylaşımının təşviqi davam etdiriləcək.

Layihənin icrasında göstərilən bu dəstək yerli icmaların dayanıqlı inkişafı istiqamətində mühüm bir töhfədir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı