Makron Britaniyaya üç günlük səfərə gedib
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyaya üç günlük dövlət səfərinə gedib. Bu, AB dövlət başçısının “Brexit”dən sonra Londona ilk səfəridir.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Məlumata görə, səfər ərzində əsas diqqət La-Manş boğazı boyunca qanunsuz miqrasiyaya qarşı mübarizəyə və Ukrayna üçün müharibədən sonra təhlükəsizlik qüvvələrinin yaradılmasına yönələcək.
Qeyd edək ki, Makronun səfəri kral III Çarlzın dəvəti ilə həyata keçirilir.



