Dünya

Tramp Maskın “Amerika”sına münasibət bildirib

7 iyul / 10:09 1 dəq
Tramp mask
7 iyul / 10:09
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp milyarder Elon Maskın son davranışlarını sərt şəkildə tənqid edib.

Qerbxeber.com xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Son beş həftə ərzində Elon Maskın tamamilə ağlını itirərək bir fəlakətə çevrildiyini izləmək məni kədərləndirir”, – Tramp vurğulayıb.

Prezidentin bu paylaşımı Maskın yeni siyasi partiya yaratmaq planlarına cavab olaraq edilib.

Tramp bu ideyanı əsassız hesab edir:

“O, üçüncü bir siyasi partiya qurmaq istəyir, baxmayaraq ki, ABŞ-da belə təşəbbüslər heç vaxt uğur qazanmayıb. Görünür, bu ölkənin siyasi sistemi buna imkan vermir”, – deyə Tramp qeyd edib.

Prezident əlavə edib ki, belə cəhdlər yalnız qarışıqlıq və xaos yaradır.

Paylaş
Burada sizin reklamınız ola bilər