Orban: Ukraynaya görə macar ailələrini qurban verməyəcəyik
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanı Rusiya enerji resurslarından imtinaya məcbur etməyə çalışacaq.
Qerbxeber.com xəbər verir ki, hökümət başçısı bu barədə “X” hesabında yazıb.
Onun sözlərinə görə, belə olan halda, elektrik enerjisi üçün ödənişlər iki dəfə, qaz üçün isə üç dəfə artacaq.
O, Brüsselin Ukrayna naminə macar ailələrini qurban verməsinə imkan yaratmayacağını bəyan edib.



