İdman

Azərbaycanlı güləşçi Avropa çempionu olub

2 iyul / 22:58 1 dəq
9d9f4376 4a05 3b81 b9fb 625425ef20cd 850
2 iyul / 22:58
Burada sizin reklamınız ola bilər

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.

Fəraim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Paylaş
Burada sizin reklamınız ola bilər