Rusiya-Azərbaycan münasibətləri yenidən dəyərləndirilməlidir-RAUF MİRQƏDİROV
Məni güya “vətən xaini” olduğuma, güya Qərbin puluna yaşadığıma görə Azərbaycan-Rusiya “qardaşlığını” gözü götürməməkdə ittiham edənlər bu gün az qala Rusiyaya müharibə elan etməyə çağırırlar.
Mən Rusiya-Azərbaycan münasibətlərinin kökündən yenidən dəyərləndirilməsinin tərəfdarıyam.
Amma bir sıra məsələlərə diqqət yetirmək lazımdır:
Birincisi, Rusiyaya tay olmaq lazım deyil. Ruspfobiya bizim silahımız ola bilməz. Bu bizim praqmatik maraqlarımıza da ziddir.
İkincisi, Azərbaycan-Ermənistan nizamlanması prosesini sürətləndirmək zəruridir. Bu Rusiyanın əlindən özünün birbaşa cəlb olunmadığı ciddi təsir imkanını almış olardı.
Ücüncüsü, Rusiyanın Azərbaycana və digər region dövlətlərinə təsir imkanlarını minimuma endirmək üçün Türkiyənin aparıcı rolu ilə regional təhlükəsizlik sistemi yaradılması zəruridir…




