Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Arıqlamaq istəyirsən? Aciq döyüşə gir !!-ELNUR NEMƏTOVDAN vacib tövsüyyələr

30 iyun / 15:48 3 dəq
Elnur123
30 iyun / 15:48
Burada sizin reklamınız ola bilər

Arıqlamaq istəyəndə yolun başında qarşımıza çıxan ən böyük sədd — “aclıq hissi” olur. Həqiqətənmi biz bu qədər tez-tez acırıq? Yoxsa bu, beynimizin bizə qurduğu tələlərdən biridir?

Əslində bilmək lazımdır ki, aclıq hissi yalnız mədədən gələn mexaniki siqnal deyil.
Aclıq — hormonal sistemin təsiri ilə, psixoloji vərdişlər və mühitə uyğun olaraq beyində formalaşan ehtiyac hissidir. Beynimiz bəzən reallıqdan uzaq, vərdişlərə və emosiyalara əsaslanan yalançı aclıq siqnalları yarada bilir.
Məsələn, başımız ağrayanda dərman içirik. Əslində dərman ağrını tamamilə yox etmir — sadəcə beyində ağrı siqnallarını bloklayır. Beyin sakitləşir, bədən rahatlanır.
Eyni qayda aclıq üçün də keçərlidir: Əgər bədənə düzgün, balanslı və lazımi qida verilsə, beyin “aclıq” siqnallarını bloklayaraq “toxluq” siqnalını göndərir. Əks halda, hətta mədə dolu olsa belə, beyin yanlış siqnal verib “yenə acsan” deyə bilər. Bu isə kökəlməyə səbəb olan əsas amillərdən biridir.
Yaxşı, bəs yalançı aclıq hissinə necə qalib gələk?
Yalançı aclıq siqnallarını aradan qaldırmaq üçün beyini tərbiyə etmək, xaotik qidalanma ilə zədələnmiş siqnal mərkəzlərini bərpa etmək lazımdır.
Bu, eynilə çirklənmiş, toz basmış televizor pultuna bənzəyir — düymələrə basırsan, amma siqnal getmir və ya səhv kanalı açır. Beynimiz də belədir: əgər düzgün qidalanma və rejim yoxdursa, o, daima səhv siqnallar göndərərək bizi yanlış “kanallara” keçirir və “acsan” deyir.
Beynə doğru qida və balanslı sistem verdikdə, bədən artıq real ehtiyac əsasında işləməyə başlayır və yalançı aclıq hissi bizi idarə etmir.
Demək ki, nəticə belədir:
Bədənə nə verirsənsə, beyin onu təhlil edir və qərar verir.
Yəni, lazımi qidanı verdikdə, beyin “toxam” deyir.
Boş və ziyanlı qidalanma ilə isə beynimiz “yenə acsan” yalanını yaradır.

Tövsiyəm:

Öz bədəninizi, beyninizi və sağlamlığınızı eksperiment meydanına çevirməyin. Əgər sağlam şəkildə artıq çəkidən qurtulmaq istəyirsinizsə, bu mübarizədə yalnız mədə ilə deyil — həm də beyinlə, psixoloji və bioloji döyüşə hazır olmalısınız. Bu döyüşdən isə yalnız peşəkarların köməkliyi ilə qalib çıxa bilərsiniz.

Hörmətlə..
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı