Dünya

İyulun1-i Rusiya ilə bağlı qərar veriləcək

30 iyun / 15:00 1 dəq
Moskva
30 iyun / 15:00
Burada sizin reklamınız ola bilər

“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi güman ki, iyulun 1-də təsdiqlənəcək”.

Qerbxeber.com bildirir ki, bunu “Politico”-ya istinadən Globalinfo.az  yazıb.

“Slovakiya yeni sanksiyalar paketini indiki formada qəbul etməyə razı deyil. Respublikanın hakimiyyət orqanları Brüsseldən bir sıra güzəştlər istəyir. Lakin böyük ehtimal, paket sabah təsdiqlənəcək”, – deyə bildirilib.

Xatırladaq ki, iyunun 26-da Aİ sammiti Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiq edə bilməyib. Məlumata görə, Slovakiyanın baş naziri Robert Fitso bu təklifə veto qoyub. Nəticədə yekun qərar müvəqqəti olaraq təxirə salınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər