Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Yumurtanın həqiqəti-Ürəyə ziyan, yoxsa sağlamlıq?-Elnur Nemətovun yazısı

26 iyun / 23:21 3 dəq
Elnur nemətov 4
26 iyun / 23:21
Burada sizin reklamınız ola bilər

Yumurta təkcə əzələ yığmaq üçün yox, həm də toxluq, beyin və enerji üçün ideal qidadır. Yumurta zülalı bədən üçün ən yaxşı mənimsənilən zülallardan biri hesab olunur. Çünki bədən üçün lazım olan bütün vacib amin turşuları yumurtanın tərkibində mövcuddur.

Çoxları yumurta sarısından qorxur, amma əslində sarısı “yaxşı” yağlar və vitaminlərdən ibarətdir. Az qidada rast gəlinən D vitamini yumurta sarısında təbii şəkildə mövcuddur. Bu vitamin immunitet üçün çox vacibdir.
Xüsusilə səhərlər yumurta yemək:
Gün ərzində acmağı gecikdirir, arzuolunmaz qəlyanaltıların qarşısını alır, enerji və toxluq hissi yaradır.
Peşəkar idmançılar çox vaxt yumurtanı zarafatla “Təbii Protein Bombası” da adlandırırlar. Çünki yumurta zülalı insan bədəni üçün ən ideal zülaldır və bədən onu, demək olar ki, tam olaraq mənimsəyir.
Bu diyet saxlayanlar üçün qızıl qayda sayılır.
Yumurtanın qida əmsalı — yəni onun bədən üçün nə dərəcədə faydalı olması — növünə və bişirilmə formasına görə dəyişir.
Məsələn:
Qlazok (qızardılmış yumurta) — çox dadlı və günün istənilən saatında qəbul oluna bilən yemək sayıla bilər. 😋
Amma burada da bəzi məqamlar var:
Qızardanda vitaminlər qaçır… amma dad qalır. 😄
Yumurtanı çox bərk qızardanda, xüsusən də yüksək temperaturda bəzi vitaminlər, xüsusilə B qrupu vitaminləri buxarlanır.
Əvəzində o qızılı rəng, ləzzətli dad və “birtəhər yaşamaq istəyirəm” hissi qalır. 😂
Unutmayaq:
Yumurta çox bişəndə zərərli ola bilər. Uzun müddət yüksək istilikdə bişirilmiş yumurtanın tərkibində oksidləşmiş xolesterin əmələ gəlir ki, bu da damar sağlamlığına mənfi təsir göstərə bilər.
Qlazoku az yağda, orta istilikdə bişirmək daha sağlamdır.
Yumurta haqqında yayılan miflər də çoxdur
Məsələn:
Yumurta yeyəndə xolesterin dərhal qalxır, damarlar tutulur!
Həqiqət:
Bəli, yumurtada xolesterin var, amma bədənin öz xolesterin tənzimləmə mexanizmidə var. Əgər sən gündə 10 yox,3-4 yumurta yeyirsənsə — qorxmağa dəyməz.
Yəni yumurta yox, səhv qidalanma və stress damarların düşmənidir! 😉
Qısası, ürəyi yumurta yox, stress partladır! 😄
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı