Siyasət

İranın ali lideri ABŞ-ni hədələyib

26 iyun / 17:44 1 dəq
0bbefeff 73d4 34b7 a869 adad73b7141e 850
26 iyun / 17:44
Burada sizin reklamınız ola bilər

İran ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə onun hərbi bazalarına zərbələrin təkrarlanacağını istisna etmir.

Qerbxeber.com “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei bildirib.

O qeyd edib ki, İranın regionda ABŞ-nin mühüm mərkəzlərinə çıxışı var və zərbələrlə bağlı insidentlərin təkrarlanacağı halda onlara qarşı müvafiq tədbirlər görə bilər.

Ə.Xamenei İranın ABŞ-nin regiondakı mühüm hərbi bazalarından birinə – Əl-Üdeydə (Qətər) əhəmiyyətli ziyan vurduğunu söyləyib.

Onun sözlərinə görə, amerikalılar bu bazaya dəyən ziyanın miqyasını azaldırlar.

Paylaş
Burada sizin reklamınız ola bilər