Hadisə

Tovuzda dönərdən zəhərlənən 36 nəfər xəstəxanadan evə buraxılıb

26 iyun / 13:04 1 dəq
Doner
26 iyun / 13:04
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda dönərdən zəhərləndiyi ehtimal edilən 36 nəfərə tibbi yardımlar göstərilib və daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.

Qerbxeber.com“Report”un  məlumatına əsasən xəbər verir ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Artıq “022” dönər evində agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər