Dünya

Rutte: NATO-nun hərbi xərcləri yaxın illərdə bir neçə trilyon dollar səviyyəsində yüksələcək

25 iyun / 07:36 1 dəq
Rutte
25 iyun / 07:36
Burada sizin reklamınız ola bilər

Ötən 10 il ərzində NATO-nun hərbi xərcləri 1 trilyon dollar artıb və yaxın illərdə bu rəqəm “daha bir neçə trilyon” dollar səviyyəsində yüksələcək.

Bu barədə NATO-nun baş katibi Mark Rutte Niderland kralının sammit iştirakçıları üçün təşkil etdiyi rəsmi qəbulda çıxışı zamanı bildirib.

“Hərbi xərclər son 10 ildə 1 trilyon dollar artıb və bu, Prezident Trampın sayəsində baş verib. O, bizi irəliyə aparmağa vadar etdi. İndi isə bu xərclər daha bir neçə trilyon dollar artacaq”, – Rutte qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər