Dünya

Abbas Araqçı: ABŞ müharibəyə qoşularsa,İran cavab zərbələri endirəcək

21 iyun / 07:54 1 dəq
Abbas arakci
21 iyun / 07:54
Burada sizin reklamınız ola bilər

“ABŞ İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdəki Amerika qoşunlarına cavab zərbələri endirməyə hazır olacaq”.

Bunu “NBC News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Araqçi deyib.

Nazirin sözlərinə görə, İran ordusu Amerika hərbçiləri də daxil olmaqla istənilən qüvvələrə cavab zərbələri endirəcək: “Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”.

Əraqçi əmin olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər: “Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə zəng etmək kifayətdir”.

Paylaş
Burada sizin reklamınız ola bilər