Dünya

Macarıstan və Bolqarıstandan sonra Avstraliya da Tehrandakı səfirliyini Azərbaycana köçürür

20 iyun / 13:33 1 dəq
Images (6)
20 iyun / 13:33
Burada sizin reklamınız ola bilər

Avstraliya hökuməti təhlükəsizlik səbəbindən Tehrandakı səfirliyini Azərbaycana köçürmək qərarını verib.

Qerbxeber.com xəbər verir ki, bununla bağlı Avstraliyanın xarici işlər naziri Penni Vonq açıqlama verib.

O bildirib ki, İsrail-İran münaqişəsi səbəbindən diplomatların və ailələrinin təhlükəsizliyini təmin etmək üçün belə bir qərar verilib.

Vonq qeyd edib ki, vətəndaşlarının təxliyəsinə dəstək göstərmək üçün Avstraliya hökuməti Azərbaycana böhran qrupu göndərəcək.

Qeyd edək ki, bundan əvvəl Macarıstan və Bolqarıstan səfirliklərini Azərbaycana köçürüb.

Paylaş
Burada sizin reklamınız ola bilər