G7 ölkələri Prezident Trampın Ukraynada ədalətli sülhə nail olmaq səylərini dəstəkləyir
G7 ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səyləri dəstəkləyiblər.
Qerbxeber.com xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karninin açıqlamasında deyilir.
“G7 liderləri Prezident Trampın Ukraynada ədalətli və davamlı sülhə nail olmaq istiqamətindəki səylərini dəstəklədiklərini bildiriblər”, – məlumatda qeyd olunub.




