Zelenski:Dünya İsrail-İran savaşını izlərkən, Rusiya enerji sistemimizi vurmağı planlaşdırır
“Rusiya Ukraynanın enerji sisteminə zərbələr endirməyi planlaşdırır”.
Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Onun fikrincə, Ukraynanın enerji sistemi dünyanın gözünə daha az görünə bilər. Çünki indi Yaxın Şərqdəki vəziyyət daha çox diqqət mərkəzindədir.
“Müvafiq məlumatlar partnyorlarımızın kəşfiyyat xidmətlərində var. Xüsusilə, Ukraynadakı nüvə infrastrukturumuza Rusiyanın təhlükəsi ilə bağlı məlumatlar Ukraynanın energetika naziri tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə və cənab Uitkoffa ötürülüb. Ukraynanın müdafiə naziri isə məlumatı ABŞ-dakı həmkarına ötürüb”, – Zelenski deyib.




