Dünya

Natanzdaki nüvə obyektlərində radioloji çirklənmə müəyyən edilib-Rafael Qrossi

14 iyun / 18:51 1 dəq
Rafael qrossi
14 iyun / 18:51
Burada sizin reklamınız ola bilər

İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib

Qerbxeber.com  APA.az-a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri Rafael Qrossi deyib.

O bildirib ki, Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər.

Qurum nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirməsi üçün İrana ekspertlər göndərməyə hazırdır.

Agentlik rəhbəri həmçinin bildirib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.

Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər