Vərdişlərimizi necə dəyişək? Diyeta yox, yeni başlanğıc!- OXUYUN və FAYDALANIN
Diyeta — bu söz işlənən kimi o saat: “Yox, yox, mənlik deyil…” “Mən hər gün ora-bura çağırılan adamam…” “Həftədə 3 dəfə dost-tanışla yeyib-içirik, alınmaz məndə…” …və ya “Əşşi, 5 günlük dünyadı, yeyək-içək, kef eləyək!”
Tanış cümlələrdi, düzdü?
Amma, gəlin bu dəfə məsələyə bir az səmimi, bir az da dürüst yanaşaq…
Əslində problem nə yeməkdədi, nə də dostlarla bir yerdə olmaqda;
Problem — artıq bədənimizin içində başlamış, hələ xəbərini belə bilmədiyimiz gizli xəstəliklərdə, özümüzü kontrol edə bilməməkdə, bəhanələrlə özümüzü aldatmaqda,hormonal və psixoloji tarazlığın pozulmasındadı.
Kənardan hər şey normal görünə bilər… Amma içəridə — səssiz-səssiz gedən bir dağılma başlayıb.
Və bir gün onun səsi çıxanda, dostlarımıza “Gəl gedək yeyək-içək” demək əvəzinə,
“Tanış həkim yoxdu? Filan-filanca problemim var…” — deyəcəyik. 100%!
Bəs nə edək?
Vərdişlərimizi necə dəyişək?
Düzdü, oturuşmuş vərdişləri dəyişmək heç də asan iş deyil. İllərlə qurulan “mən belə öyrəşmişəm” sistemini bir anda dağıtmaq cox cətindir!
Amma məsələ ondadır ki, vərdişi tam ləğv etmək yox, onun məzmununu – “ampuluasını” dəyişmək mümkündür.
Məsələn:
Əgər sən hər gün dostlarınla yeyib-içməyə öyrəşmisənsə, bu vərdişin əsasında görüşmək, paylaşmaq, birlikdə olmaq dayanır.
Onda belə razılaşın:
“Gəlin bu həftə tam sağlam qidalanma həftəsi edək!”
“Gəlin bu gün yeyək, amma içkisiz – sadəcə söhbət və sağlamlıq adına!”
“Gəlin bu dəfə restoran yox, parkda gəzinti edək – yenə bir yerdəyik, sadəcə fərqli tərzdə!”
Bu cür kiçik razılaşmalar həm motivasiya yaradır, həm də vərdişi pozmadan onun formasını dəyişə bilir .
Vərdişin kökü qalır – amma məzmun dəyişir.
Bax, dəyişimin ən güclü yolu da budur!
Mübarizə aparmaq əvəzinə, sistemi öz xeyrimizə çevirmək.
Və sonda…
Məndə də elədi…
Mən də dostlarımla demək olar hər gün görüşürəm, birlikdə halal nemətlərdən yeyib-içirik. Amma biz indi bu görüşlərdə sağlamlığa daha cox önəm veririk.
Əvvəllər “nə gəldi” yeyirdiksə, indi nə vaxt, nə qədər və daha saglam qidalara üstünlük veririk .
Düzü, bir az da mən imkan vermirəm nə gəldi yeməyə. 




