Dünya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı: Biz nivə məhvinə hər zamankından yaxınıq

11 iyun / 05:56 1 dəq
Gabbard cİa
11 iyun / 05:56
Burada sizin reklamınız ola bilər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Tulsi Qabbard bəyan edib ki, hazırda dünya nüvə münaqişəsi və bunun nəticəsində insanlığın məhvi təhlükəsi ilə üz-üzədir.

Qerbxeber.com xəbər verir ki, bu barədə o, şəxsi “YouTube” kanalında yayımlanan çıxışı zamanı danışıb.

“Bu gün biz nüvə məhvinə hər zamankından daha yaxınıq,” – deyə Qabbard bildirib.

Onun sözlərinə görə, siyasi elita və müharibə tərəfdarları məsuliyyətsiz şəkildə nüvə dövlətləri arasında qorxu və gərginlik toxumu səpməklə təhlükəni daha da artırırlar.

Paylaş
Burada sizin reklamınız ola bilər