Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ukraynada hava döyüşü: İlk dəfə F-16 Su 35-lə qarşılaşdı və nəticədə…

9 iyun / 14:09 2 dəq
Jf17
9 iyun / 14:09
Burada sizin reklamınız ola bilər

Ukrayna hava döyüşündə tarixi qələbə qazandı: Qərb istehsalı F-16 qırıcı təyyarəsi ilk dəfə olaraq Rusiya istehsalı Su-35-i vurdu.

Bu sözləri politoloq Kamran Cəfərov ötən gün Su-35 qırıcısının vurulması haqda “Bild”in materialına istinadla qeyd edib.

O bildirib ki, döyüş Ukraynanın şimal-şərqində baş verib:

Sum vilayətinin müdafiəsi çərçivəsində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ölkə daxilində və qonşu Kursk vilayətindəki mövqelərinə aviazərbələr endirib. Cavab olaraq Rusiya Hərbi-Kosmik Qüvvələri havada üstünlük əldə etmək üçün yüksək texnologiyalı Su-35 qırıcı təyyarəsini döyüşə göndərib. Lakin rus pilot pusquya düşdüyündən xəbərsiz idi: ABŞ istehsalı olan F-16 ilə birlikdə havaya qalxan İsveçin Saab 340 AEW&C radar təyyarəsi Su-35-i sərhəddən 200-300 km məsafədə aşkar edərək koordinatları F-16-ya ötürb. ABŞ-ın F-16 qırıcısı AIM-120 raketini buraxıb və Su-35 Rusiya ərazisində, Kursk vilayətinin Korenevo şəhəri yaxınlığında, sərhəddən 16 km aralıda vurulub. Pilot katapult edərək xilas olub. Ukrayna qırıcıları itkisiz şəkildə bazaya qayıdıb.

Burada məsələ təkcə F-16-da deyil, əsas məsələ İsveçin AWACS sistemidir. Bu sistem rus təyyarələrini yüzlərlə kilometr uzaqlıqdan aşkar edir və F-16 raketlərini real vaxtda yönləndirir. Su-35 ona hücum edildiyini belə müəyyən edə bilməyib”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı