Voronejdə dəmiryolunda partlayış olub
Rusiyanın Voronej vilayətində dəmiryolunda partlayış olub.
Qerbxeber.com teleqram kanallarına istinadən xəbər verir ki, nəticədə iki qatarın hərəkəti dayanıb.
Bildirilib ki, Yevdakovo və Saqunami stansiyaları arasında baş verən partlayış nəticəsində dəmiryol xətti zədələnib.
İlkin məlumata görə, yaralanan olmayıb. Hadisə yerində təcili xidmətlər işləyir.



