Qazaxda baş verən qəzanın detalları məlum oldu-FOTOLAR,ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
Bu gün gecə saat 02.30 radələrində Qazax rayonu Abbasbəyli kəndi ərazisində dəhşətli qəza baş verib. Qazax rayonu Fərəhli kənd sakinləri Ramal Vəliyev (1997),Zaur Əhmədov (2000),Rafət Nəsibov (1997),Göyüş Nəbiyev (2004) qəza nəticəsində həlak olublar.
Ramal Vəliyevə məxsus 10- SM-433 Dövlət nömrə nişanlı BMV markalı avtomobil gecə saatlarında idarəetməni itirərək, yoldan çıxmış, əvvəl yol kənarındakı qaz boru xəttinə, daha sonra elektrik dirəyinə çırpılmış və atlayaraq mağazanın divarına dəymiş,həmçinin yaxınlıqda park edilmiş 99-KP-930 Dövlət nömrə nişanlı BMV markalı avtomobilə də zərər vuraraq, ələgəlməz hala düşmüşdür.Nəticə avtomobildə olan yuxarıda adını çəkdiyimiz 4 nəfər Fərəhlı kənd sakini həyatını itirmişdir.
Kənd sakinlərinin Qerbxeber.com- a verdiyi məlumata görə məclisdən çıxan dörd dost Fərəhlidən Abbasbəyliyə yol kənarında park edilmiş Rafet Nəsibova məxsus 99-KP-930 Dövlət nömrə nişanlı BMV markalı avtomobili götürmək üçün gəlirmişlər. Ehtimal edilir ki,hadisə yerinin yaxınlığında sürücü yatmış, nəticədə avtomobil idarəetməni itirərək yoldan çıxmış.
Hadisə nəticəsində Abbasbəyli kəndinin Elektrikləri kəsilmiş, kənd sakinlərindən heç kim qəzanın fərqinə varmamış. Yalnız səhər saatlarında yol keçən adamlar qəza olduğunu görmüş. O vaxta qədər isə, avtomobildə olan insanlar həyatlarını itirmişlər.







