Hadisə

Qazaxda ağır yol-nəqiliyat hadisəsi baş verib,ölənlər var

5 iyun / 08:35 1 dəq
Images 2025 06 05t083433.875
5 iyun / 08:35
Burada sizin reklamınız ola bilər

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qerbxeber.com-un məlumatına görə, qəza rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Nəticədə avtomobildə olan 4 nəfər hadisə yerindəcə həyatını itirib. Həlak olanlar rayonun Fərəhli kənd sakinləri – 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.

Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər