Qazax

“Ara həkimi”nin göbəyi düşüb dediyi xəstənin “kor bağırsağı”partlayıb-Ölümdən döndü

3 iyun / 12:32 2 dəq
503411544 1251862886947566 767528995918755830 n
3 iyun / 12:32
Burada sizin reklamınız ola bilər
“Ara həkimi”nin səhv müdaxiləsi nəticəsində ölüm təhlükəsi yaşayan 16 yaşlı pasiyentin həyatı xilas edildi.
Bu barədə Qerbxeber.com-a Qazax Rayon Mərkəzi Xəstəxanasının İctimaətlə Əlaqələr üzrə Mütəxəssisi Günel Bəxtiyarlı məlumat verib.
Xəstələndiyimiz zaman, təəssüf ki, ətrafımızdakıların çoxu “həkimə çevrilir”. “Ara həkiminə get”, “Filan dərmanı at”, “Filan iynəni vurdur, sistem köçürülməsə xeyri yoxdur” kimi “məsləhətlər” hər kəsə tanışdır. Nəticədə bir çox insan sağlamlıq problemləri ilə bağlı həkimə və ya xəstəxanaya deyil, tibbi təhsili olmayan, qohum-qonşu arasında “ara həkimi” kimi tanınan şəxslərə müraciət edir.
16 yaşlı pasiyentimiz Mustafayev Mustafa da 10 gün ərzində belə bir “ara həkimi” tərəfindən “göbək düşməsi” adı altında qeyri-peşəkar müdaxiləyə məruz qalıb. Bu müdaxilə isə onun həyatı bahasına başa gələ bilərdi.
Mustafa 30 aprel tarixində kəskin qarın ağrısı şikayəti ilə ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Müayinələr nəticəsində xəstəyə təcili əməliyyat qərarı verilib. Əməliyyat zamanı perforə (deşilmiş) appendisitə bağlı inkişaf etmiş sepsis və yayılmış irinli peritonit diaqnozu təsdiqlənib. Cərrahi müdaxilə zamanı qarın boşluğundan 1,5 litr irin boşaldılıb və appendektomiya icra olunub.
Xəstə uzun müddət Reanimasiya şöbəsində müalicə və müşahidə altında saxlanılıb. Vəziyyəti stabilləşdikdən sonra Cərrahiyyə şöbəsinə köçürülüb. Müalicəsi tam başa çatdıqdan sonra Mustafa 13 may tarixində evə yazılıb.
Mustafa və ailəsi, həyatlarını xilas edən Qazax Rayon Mərkəzi Xəstəxanasının cərrahları Araz Babayev, Şəhriyar Dağıstanlı, anestezioloq-reanimatoloq İqbal Namazov və bütün tibb heyətinə dərin təşəkkürlərini bildirirlər
503644872 1251862883614233 4801135416685479826 n
Paylaş
Burada sizin reklamınız ola bilər