Ukraynadan Rusiyaya qarşı xüsusi əməliyyat: Yüzdən çox təyyarə yandırıldı
Dünən günorta saatlarından etibarən Ukrayna Təhlükəsizlik Xidmətinin dronları Rusiya aviasiyasına hücum edib.
Qerbxeber.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, indiyədək Rusiyanın 110-dan çox təyyarəsinin yandırılaraq zədələndiyi məlumdur.Bundan başqa 3 dəmir yol körpüsü partladılıb.Hücum “Pautino” əməliyyatı çərçivəsində həyata keçirilib.
Onların arasında “A-50”, “Tu-95” və “Tu-22 M3” təyyarələri də var.
Bildirilir ki, bu xüsusi əməliyyata UTX-nin rəhbəri Vasili Malyuk şəxsən rəhbərlik edib. İlkin hesablamalara görə, Rusiya aviasiyasına iki milyard dollardan çox ziyan vurulub.





