Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Kallas: Gürcüstanın qəbul etdiyi qanun ölkə demokratiyası üçün geriləmədir

1 iyun / 08:57 2 dəq
Kallas
1 iyun / 08:57
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Xarici Agentliklərin Qeydiyyatı Aktı ölkə demokratiyası üçün ciddi geriləmədir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Kaya Kallas və komissar Marta Kosun birgə bəyanatında qeyd olunub.

“Bu, yayım və qrantlar haqqında qəbul edilmiş son qanunlarla birlikdə Gürcüstan hakimiyyətinin müxalifəti sıxışdırmaq, azadlıqları məhdudlaşdırmaq və ictimai fəallar, vətəndaş cəmiyyəti və müstəqil media üçün məkanı daha da daraltmaq üçün daha bir aqressiv hərəkətinin nümunəsidir”, – bəyanatda bildirilib.

Vurğulanıb ki, “bu repressiv tədbirlər Gürcüstanın demokratik əsaslarının saxlanılmasına və vətəndaşlarının azad və açıq cəmiyyət gələcəyinə təhlükə yaradır”.

“Avropa Şurası 2024-cü ilin iyun və oktyabr aylarında əldə etdiyi nəticələrdə belə bir kursun Gürcüstanın Aİ yolunu təhlükə altına qoyduğunu müəyyən edib. Üzvlük prosesi faktiki olaraq dayandırılıb. Aİ Gürcüstan hakimiyyətini öz vətəndaşlarının demokratiya və Avropa gələcəyi ilə bağlı aydın tələblərinə qulaq asmağa və haqsız yerə həbs edilmiş bütün jurnalistləri, fəalları, etirazçıları və siyasi liderləri azad etməyə çağırır. Hakimiyyət demokratik geriləməni aradan qaldırmaq üçün etibarlı addımlar atarsa, Aİ Gürcüstanın Aİ-yə üzvlük yoluna qayıtması məsələsini nəzərdən keçirməyə hazırdır. Məsuliyyət yalnız Gürcüstan hakimiyyətinin üzərinə düşür”, -bəyanatda qeyd edilib.

Qeyd edək ki, sözügedən akt bu gün Gürcüstanda qüvvəyə minib. “Gürcü Arzusu” hakimiyyəti qanunun ABŞ-dəki FARA qanununun birbaşa tərcüməsi olduğunu bildirir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı